Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bu gün BƏLLİ OLACAQ

Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bu gün BƏLLİ OLACAQ

Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bu gün BƏLLİ OLACAQ

255300

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
 

Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


Qurban Qurbanovun komandasının potensial rəqiblər arasında "Riyeka" (Xorvatiya) və "Pafos" (Kipr), həmçinin ilk raundda üz-üzə gələcək "Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS - "Şkendiya" (Şimali Makedoniya), "Levadiya" (Estoniya) - RFS (Latviya), "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq), "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq), "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya), "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya), "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) və "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütlərinin qalibləri olacaq.

Qeyd edək ki, mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO