“Neftçi” növbəti transferə hazırlşaşır.
Bizim.Media xəbər verir ki, baş məşqçi Samir Abasov israrla sərəncamında görmək istədiyi futbolçu ilə hərtərəfli razılıq əldə olunub.
Söhbət “Sumqayıt”dakı çıxışları ilə yadda qalan Cordan Rezabaladan gedir.
“Ağ-qaralar” Ekvadordan olan vingeri qış fasiləsində heyətə cəlb etmək istəsə də, bu, mümkün olmamışdı. Nəhayət ki, Rezabala Azərbaycana qayıtmağa və “Neftçi”nin formasını geyinməyə razılıq verib.
Qeyd edək ki, 2024-cü ilin yanvarından 2025-ci ilin ikinci ayına qədər “Sumqayıt”ın şərəfini qorumuş 25 yaşlı futbolçu 30 oyunda 5 qol və 4 qol ötürməsi ilə yadda qalıb. Klub növbəti həftə transferi rəsmən açıqlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:42 / 17.06.2025
“Neftçi” “Sumqayıt”ın sabiq futbolçusu ilə RAZILIĞA GƏLDİ
Hazırda oxunan: “Neftçi” “Sumqayıt”ın sabiq futbolçusu ilə RAZILIĞA GƏLDİ
Hazırda oxunan: “Neftçi” “Sumqayıt”ın sabiq futbolçusu ilə RAZILIĞA GƏLDİ
255166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.