Futbol meydanlarında himnin oxunması zamanı qeydə alınmış desibel rekordları açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Matç TV” məlumat yayıb.
Tərtib olunan onluqda ən çox iştirak edən və ilk pillənin sahibi İtaliya millisidir. Bu komandanın 2016-cı ildə keçirdiyi qarşılaşmalardan birində himnin ifası zamanı 145 desibellik rekord qeydə alınıb.
İtalyanlar bundan əlavə siyahının 3, 4, 5 və 9-cu pillələrində də özlərinə yer tapıblar.
Siyahının ikinci pilləsi isə Türkiyənin olub. Türkiyə seçməsinin 2018-ci ildə keçirdiyi qarşılaşmada himnin ifası zamanı (131 desibel) möhtəşəm atmosfer yaranıb. Həmçinin 6-cı pillənin də sahibləri türkiyəlilər olub.
7-ci pillədə 1999-cu ildə qeydə alınan rekordla (121 desibel) Şimali Koreya millisi qərarlaşıb.
Siyahının 8 və 10-cu pilləsi isə Azərbaycana aid olub. Belə ki, millinin 2000 və 2019-cu illərdəki çıxışlarında himnin ifası zamanı müvafiq olaraq 120,4 və 120,1 desibellik göstəricilər qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:00 / 20.06.2021
Azərbaycan azarkeşləri bu siyahıda ilk onluğa düşdü - FOTO
Hazırda oxunan: Azərbaycan azarkeşləri bu siyahıda ilk onluğa düşdü - FOTO
Hazırda oxunan: Azərbaycan azarkeşləri bu siyahıda ilk onluğa düşdü - FOTO
25507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.