Dünya çempionatı: Azərbaycan ilk medalını qazandı

Dünya çempionatı: Azərbaycan ilk medalını qazandı

Hazırda oxunan: Dünya çempionatı: Azərbaycan ilk medalını qazandı

255045

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb və çinli Tsyanqnan Vanı məğlub edib.
 

Zelim 1/8 finalda braziliyalı Luan Almeydaya, 1/4 finalda yaponiyalı Yoonvan Linə qalib gəlib. Lakin Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub.


O, 3-cü yer uğrunda görüşə çıxıb. Cüdoçumuz BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilidən üstün olaraq bürünc medalı qazanıb.

Qeyd edək ki, Azərbaycan dünya çempioatında 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Ötən gün Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzaraq mübarizəni erkən başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO