"Atletiko"nun 4 azarkeşi Vinisiusa görə HƏBS OLUNDU

"Atletiko"nun 4 azarkeşi Vinisiusa görə HƏBS OLUNDU

Hazırda oxunan: "Atletiko"nun 4 azarkeşi Vinisiusa görə HƏBS OLUNDU

255043

"Atletiko"nun dörd azarkeşi "Real"ın futbolçusu Vinisius Juniora qarşı irqçiliyə görə həbs edilib.

Bizim.Media xəbər verir ki, daha əvvəl "Atletiko" azarkeşləri 2023-cü ildə Madrid derbisi öncəsi Vinisiusu hədələmişdilər.

Onlar körpüdən Vinisius Juniorun görünüşündə bi kukla asmışdılar.
 

Madrid prokurorluğu isə azarkeşlər haqda araşdırma başladılmışdı. Artıq istintaq başa çatıb və dörd azarkeş həbs olunub.


Madrid Əyalət Məhkəməsi müttəhimlərdən birini 1 il 10 ay həbs cəzasına məhkum edib. Digər üç nəfər isə 14 aylıq həbs olunublar.

Bundan əlavə, birinci müttəhim 1084 avro, digər üç nəfər isə 720 avro cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO