Musiala klublararası dünya çempionatının tarixinə düşdü

Musiala klublararası dünya çempionatının tarixinə düşdü

Hazırda oxunan: Musiala klublararası dünya çempionatının tarixinə düşdü

255019

"Bavariya"nın futbolçusu Camal Musiala klublararası dünya çempionatında Yeni Zelandiya təmsilçisi "Oklend Siti" ilə (10:0) matçdan sonra yarışın tarixinə düşüb.

Bizim.Media xəbər verir ki, o, klublararası dünya çempionatının yenilənmiş formatında ilk het-trik müəllifi olub.

Musiala həmçinin, ümumilikdə yarış tarixində bunu reallaşdıran üçüncü futbolçudur.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçiyə qədər Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo və Uels millisinin sabiq futbolçusu Qaret Beyl klublararası dünya çempionatında bir oyunda üç qola imza atmağı bacarmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO