Ayxan Abbasov: “Biz futboldan danışırıq, amma meydança yoxdur" - VİDEO

Ayxan Abbasov: “Biz futboldan danışırıq, amma meydança yoxdur" - VİDEO

Hazırda oxunan: Ayxan Abbasov: “Biz futboldan danışırıq, amma meydança yoxdur" - VİDEO

254745

Azərbaycan U-21 millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov ölkəmizdəki futbol infrastrukturundan danışıb.

Bizim.Media xəbər verir ki, o, qonağı olduğu İTV-nin “Off TOP” podkastında deyib ki, ən böyük problemimiz meydançaların olmamasıdır:

“Biz futboldan danışırıq, amma meydança yoxdur. Yəni yox səviyyəsindədir. Bizdə məşq meydançaları yoxdur. Yaxınlarda Belarusda idik. Orada bazada 12 meydança var idi. Onların da çoxu təbiidir. Səhər məşqimiz idi, bütün meydançalarda məşqlər gedirdi. Heç kim də bir birini gözləmirdi ki, bu məşqi qurtarsın, mən başlayım.

Qızlar, aşağı yaş qrupların və 1-ci liqanın oyunçuları var idi həmin stadionlarda. Bizdə o şərait yoxdur. Hamı bir meydançada qalıb. Saatlarla bölürlər, hələ məktəb vaxtları var. Məktəb vaxtı da günorta saat 4-5-dən sonra bitir. Bundan da sonra məşq vaxtı üçün 4-5 saat vaxt qalır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO