"DÇ-2026 tarixin ən böyük mundialı olacaq"

"DÇ-2026 tarixin ən böyük mundialı olacaq"

Hazırda oxunan: "DÇ-2026 tarixin ən böyük mundialı olacaq"

254723

FİFA prezidenti Canni İnfantino 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı haqda danışıb.

Bizim.Media xəbər verir ki, o, DÇ-2026-nın matçlarını "Super Bowl" (ABŞ Milli Futbol Liqasının (NFL) illik liqa çempionluğu oyunudur.

1966-cı ildən bəri hər NFL mövsümünün final oyunu kimi təşkil olunur) ilə müqayisə edib:

“3 ölkənin, 16 şəhərin ev sahibliyi edəcəyi, 48 komandanın yarışacağı 2026-cı il dünya çempionatı tarixin ən böyük və ən əhatəli mundialı olacaq. Cəmi bir ay ərzində 104 "Super Bowl" keçiriləcək.

DÇ-2026 futbolu ABŞ və Kanadada bir nömrəli idman növünə çevirmək üçün əla fürsətdir".

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO