Türkiyə yığması bu gün İsveçrə futbolçuları ilə oynayacaq - Bakıda

Türkiyə yığması bu gün İsveçrə futbolçuları ilə oynayacaq - Bakıda

Hazırda oxunan: Türkiyə yığması bu gün İsveçrə futbolçuları ilə oynayacaq - Bakıda

25468

Bu gün AVRO-2020-nin qrup mərhələsində III tura start veriləcək.

Bizim.Media xəbər verir ki, turun ilk günündə 2 oyun keçiriləcək.

A qrupunda baş tutacaq matçlar eyni vaxtda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qardaş Türkiyə yığması ilə İsveçrə üz-üzə gələcək.

Keçirdiyi hər iki qarşılaşmada quru hesabla uduzan Şenol Günəşin yetirmələri qrup üçüncüsü olmaq üçün mütləq qalib gəlməlidir. “Ay-ulduzlular” 3-cü yerlə 1/8 final şansının minimuma enməməsi üçün isə mümkün qədər böyük fərqə sevinməlidir.

Günün digər matçı qrup qalibini müəyyənləşdirəcək. Qol buraxmadan qələbələri sıralayan İtaliya millisi Romada Uelslə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsi iyunun 23-də başa çatacaq.

20:00. İtaliya – Uels

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Roma. Olimpiya Stadionu

20:00. Türkiyə - İsveçrə

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO