Güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

Güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

Hazırda oxunan: Güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

254639

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında Azərbaycanın qadın güləşçisi Nəzrin Əhmədli bürünc medal əldə edib.

Bizim.Media xəbər verir ki, 46 kq çəki dərəcəsində çıxış edən idmançımız təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı "tuş"la məğlub edib.

Bürünc medal uğrunda qarşılaşmada Nəzrin Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramova ilə üz-üzə gəlib. Görüşü 8:1 hesabı ilə qazanan Əhmədli növbəti dəfə Avropa üçüncüsü adına layiq görülüb.

Qeyd edək ki, bununla da turnirdə qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO