FİFA açılış matçına bilet SATA BİLMİR

FİFA açılış matçına bilet SATA BİLMİR

Hazırda oxunan: FİFA açılış matçına bilet SATA BİLMİR

254522

FİFA  klublararası dünya çempionatının açılış matçının bütün biletlərini sata bilmir. 

Bizim.Media xəbər verir ki, FİFA Misir “Əl Əhli”si və ABŞ “İnter Mayami”si arasında baş tutacaq matçın biletləri ilə bağlı tələbələr üçün xüsusi kampaniya elan edib.
 

FIFA-nın bu kampaniyaya start verməsinə səbəb matça olan marağın gözləniləndən az olmasıdır. Yayılan məlumatlara görə, on minlərlə bilet hələ də satılmayıb. Stadionun tutumu isə 65 326 nəfər təşkil edir. Tələbələr üçün endirim kampaniyasında 1 bileti 20 dollara almaq mümkündür. Həmçinin, 1 bilet alana 4 bilet də pulsuz verilir. 


Halbuki 10 iyun tarixinə satışda olan ən ucuz biletin qiyməti 69,15 dollar təşkil edirdi. Müqayisə üçün: dekabr və yanvar aylarında bu qiymət 230–349 dollar civarında idi.

FIFA prezidenti Canni İnfantino isə vəziyyətə nikbin yanaşaraq iyunun 14-ü turnirin açılış oyununda anşlaq olacağını vəd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO