“Qarabağ”ın futbolçusu Belçika klubunun diqqət MƏRKƏZİNDƏ

“Qarabağ”ın futbolçusu Belçika klubunun diqqət MƏRKƏZİNDƏ

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu Belçika klubunun diqqət MƏRKƏZİNDƏ

253897

"Qarabağ"ın futbolçusu Toral Bayramov Belçikanın "Standard" klubunun maraq dairəsinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Voetbalprimeur nəşri məlumat paylaşıb.

Yazıda 24 yaşlı futbolçunun "Standard"ın tələblərinə cavab verdiyi bildirilib. Toralın müdafiə ilə yanaşı yarımmüdafiədə oynaya bilməsi vurğulanıb. Bundan başqa onun yalnız sol cinah deyil, ehtiyac yaranarsa digər cinahda da çıxış edə bilməsi xüsusilə qabardılıb. 24 yaşlı futbolçunun "Qarabağ"ın heyətində 5 qat Azərbaycan çempionu olması və ölkənin əsas yığmasının üzvü olduğuna yer verilib.

Qeyd edək ki, Toral 2024/2025 mövsümündə bütün turnirlərdə 51 oyunda 9 qol və 11 ötümə ilə yadda qalıb. Onun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bitəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO