Yarım ağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Halil Rauntri 21 iyun tarixində Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak etmək üçün Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu gün idmançı Bakının tarixi hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb.
Rauntri Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. O, hətta xalça toxuma prosesində də iştirak edib.
Bakıdakı UFC gecəsinin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnir çərçivəsində həmçinin, Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
08:51 / 10.06.2025
Məşhur UFC ulduzu Bakıda! - FOTO
Hazırda oxunan: Məşhur UFC ulduzu Bakıda! - FOTO
Hazırda oxunan: Məşhur UFC ulduzu Bakıda! - FOTO
253875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.