“Neftçi” daha bir legionerə təklif göndərdi

“Neftçi” daha bir legionerə təklif göndərdi

Hazırda oxunan: “Neftçi” daha bir legionerə təklif göndərdi

253840

Yeni mövsüm üçün güclü heyət qurmaq istəyən "Neftçi"nin transfer etmək istədiyi növbəti oyunçunun kimliyi bilinib. 

Bizim.Media xəbər verir ki, Giorgos Malekkidis birbaşa Samir Abasovun diqqət mərkəzindədir.
 

Bakılılar sözügedən müdafiəçini sıralarına qatmaq üçün “Apollon”la danışıqlara başlayıb.


"Ağ-qaralar" 27 yaşlı oyunçu üçün Cənubi Kipr klubuna kompensasiya ödəməyə hazırdır. Çünki onun «Apollon»la hələ 2 illik müqaviləsi qüvvədədir.

Malekkidis Cənubi Kipr yığmasının üzvüdür. Peşəkar futbolda ilk addımlarını 2014-cü ildə "Aris"də atan futbolçu 6 il sonra Limassol şəhərinin digər komandasına - «Apollon»a üz tutub. O vaxtdan bəri "Karmiotissa" və "Nea Salamis"da icarədə olub, 2023-cü ilin yayında isə geri qayıdıb. Cənubi Kiprin U-19 və U-21 yığmalarına dəvət edilib. 2024-cü ildən bəri əsas miliyə çağırılır, hesabında 2 rəsmi oyun var.

"Neftçi" Giorgosun bir komanda yoldaşını artıq rənglərinə bağlayıb. Sessi D Almeydayanı nəzərdə tuturuq. Bakılılar Benindən olan yarımmüdafiəçi ilə 2+1 illik anlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO