AFFA azarkeşlər üçün avtobus ayırdı

AFFA azarkeşlər üçün avtobus ayırdı

Hazırda oxunan: AFFA azarkeşlər üçün avtobus ayırdı

253817

Azərbaycan - Macarıstan yoldaşlıq oyunu ilə əlaqədar iyunun 10-u "Liv Bona Dea Arena"ya azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Bildirilib ki, avtobuslar saat 18:00-dan 18:30-dək metronun "Koroğlu" stansiyasının hava limanı istiqamətindəki çıxışından stadion istiqamətində fəaliyyət göstərəcək.
 

Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər.


Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin metronun "Koroğlu" stansiyasına geri daşınmasını təmin edəcək.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO