Boksçularımız Gürcüstanda 3 qızıl medal QAZANDILAR

Boksçularımız Gürcüstanda 3 qızıl medal QAZANDILAR

Hazırda oxunan: Boksçularımız Gürcüstanda 3 qızıl medal QAZANDILAR

253779

Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.
 

Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram) və Məhəmməd Cəfərov (+90 kiloqram) bütün rəqiblərinə qalib gələrək, birinci yeri qazanıblar.


Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kiloqram) Hüseyn Hüseynli (90 kiloqram) gümüş medala yiyələniblər.

Nihat Qasımov (50 kiloqram) və Rza Rzayev (75 kiloqram) isə turniri bürünc mükafatla başa vurublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO