Millimiz Avropa Kubokunun qalibi oldu

Millimiz Avropa Kubokunun qalibi oldu

Hazırda oxunan: Millimiz Avropa Kubokunun qalibi oldu

253745

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Kosovonun paytaxtı Priştinada Avropa kuboku (2025) təsnifat mərhələsinin qalibi olub.

Bizim.Media xəbər verir ki, daha əvvəl meydan sahibi - Kosovo millisi ilə oyunda qələbə qazanan (22:10) yığmamız turnirin yarımfinalında Maltanı 21:11, finalda Kipri 21:18 hesabları ilə məğlub edib.
 

Təsnifat mərhələsinin ən dəyərli qadın basketbolçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib.


Bu çempionluqla bərabər qızlarımız Avropa kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, Avropa kubokunun (2025) final mərhələsi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO