Bakıda dünya çempionlarımızın şərəfinə KONSERT KEÇİRİLİR

Bakıda dünya çempionlarımızın şərəfinə KONSERT KEÇİRİLİR

Hazırda oxunan: Bakıda dünya çempionlarımızın şərəfinə KONSERT KEÇİRİLİR

253706

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə paytaxtda konsert keçirilir.

Bizim.Media xəbər verir ki, “Çempionlar şənliyi” (“Champions Fest”) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayıb.

Konsert proqramında tanınmış müğənnilər ifa edirlər, giriş pulsuzdur.

Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma millinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO