UEFA Millətlər Liqasında üçüncü yer uğrundakı Almaniya - Fransa matçı başa çatıb.
Bizim.Media xəbər verir ki, oyun "Ştutqart Arena"da keçirilib.
45+1-ci dəqiqədə matçda hesabı fransız hücumçu Kilian Mbappe açıb. 84-cü dəqiqədə Maykl Olişe Kilian Mbappenin ötürməsi ilə Fransa yığmasının üstünlüyünü iki qola çatdırıb - 0:2.
Beləliklə də, "xoruzlar" turnirin bürünc medallarına sahib olublar.
Bizim.Media