Spaletti istefaya göndəriləcək?

Spaletti istefaya göndəriləcək?

Hazırda oxunan: Spaletti istefaya göndəriləcək?

253639

İtaliya millisinin baş məşqçisi dəyişə bilər. Dünən Luçano Spallettinin komandası 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin 3-cü turunda Norveç millisinə 0:3 hesabı ilə uduzub.

Bizim.Media xəbər verir ki, italiyalı jurnalist Canluka di Marzionun məlumatına görə, 10 iyun tarixində hazırkı baş məşqçi ilə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Gabriele Gravina arasında görüş keçiriləcək. Spallettinin istefa verməsi ehtimalı istisna edilmir. Moldova ilə oyuna qədər məşqçi heyətində dəyişiklik olmayacaq.

Əgər Luçano istefa verərsə, İtaliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər Stefano Pioli və Kladio Ranyeri olacaq. “Milan”ın keçmiş baş məşqçisi Pioli favorit hesab olunur, lakin o, hazırda çalışdığı “Əl-Nəsr” klubundan vergi səbəblərinə görə iyul ayının əvvəlinə qədər ayrıla bilməyəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO