İranlı güləşçi Ermənistan vətəndaşlığını qəbul edir - 2 il əvvəl Bakıdan təklif almışdı

İranlı güləşçi Ermənistan vətəndaşlığını qəbul edir - 2 il əvvəl Bakıdan təklif almışdı

Hazırda oxunan: İranlı güləşçi Ermənistan vətəndaşlığını qəbul edir - 2 il əvvəl Bakıdan təklif almışdı

253627

20 yaşlı iranlı güləşçi Əmirrza Məsumi hazırda İrəvandadır və Ermənistan Güləş Federasiyası ilə danışıqlar apararaq vətəndaşlığını dəyişmək niyyətindədir.

Bizim.Media “Sport Aran”a istinadən xəbər verir ki, Ermənistanın “Aran” idman saytı xəbər yayıb: hər iki tərəf bu transferdə maraqlıdır və tezliklə rəsmi açıqlama gözlənilir.

Əmirrza Məsumi 125 kq çəki dərəcəsində mübarizə aparır və artıq bu kateqoriyada özünü dünyanın ən güclü güləşçilərindən biri kimi təsdiqləyib. Lakin o, 24 yaşında ikiqat dünya çempionu, olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı Əmirhüseyn Zare ilə rəqabət apardığı üçün İranın böyüklərdən ibarət milli komandasına düşə bilməyib.

Güləşçi 2028-ci ildə Los-Anceles Olimpiadasında iştirak etmək arzusunda olduğu üçün idman vətəndaşlığını dəyişmək qərarına gəlib və bu məqsədlə Ermənistanı seçib.

Bundan əvvəl, 2023-cü ildə Fərdin Məsumi (Əmir Rzanın atası) IRNA-ya müsahibəsində Azərbaycan Respublikasının oğluna öz federasiyası tərkibində yer təklif etdiyini, lakin İran Federasiyasının buna qarşı çıxdığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO