Çövkən üzrə millimiz ilk dəfə Avropa çempionu oldu - FOTO/VİDEO

Çövkən üzrə millimiz ilk dəfə Avropa çempionu oldu - FOTO/VİDEO

Hazırda oxunan: Çövkən üzrə millimiz ilk dəfə Avropa çempionu oldu - FOTO/VİDEO

253568

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması baş tutub.

Bizim.Media xəbər verir ki, tarixi nəticə ilə yadda qalan yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.

Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb və 6:2 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxıb və çövkən tarixində yeni bir səhifə açıb.

Qeyd edək ki, iyunun 5-də start götürən turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib.

Püşkatma nəticəsində Azərbaycan milli komandasının ilk oyunu Türkiyə yığması ilə olub və komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.

Yarımfinal mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.

Beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos-Ayresdə Cənubi Amerika çempionatları keçiriləcək.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO