Ronaldo Yamal haqda nələr dedi?

Ronaldo Yamal haqda nələr dedi?

Hazırda oxunan: Ronaldo Yamal haqda nələr dedi?

253551

"Əl-Nəsr"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "Barselona"nın gənc ulduzu Lamin Yamal haqda danışıb.

Bizim.Media xəbər verir ki, 40 yaşlı hücumçunun Millətlər Liqasının finalında İspaniyaya qarşı matçdan öncə keçirilən mətbuat konfransında deyib:
 

“Lamin Yamal çox yaxşı çıxış edir, istedadından gözəl istifadə edir. Qoyun uşaq böyüsün. Üzərinə çox təzyiq göstərməyin. Qoyun olduğu kimi qalsın və sağlam şəkildə böyüsün, təzyiqi üzərindən götürün. Onun istedaddan əskikliyi yoxdur. Yamal növbəti illərdə "Qızıl Top" üçün mübarizə aparmağa davam edəcək. Lamin "Qızıl Top"u qazanmaq potensialına sahibdir. Buna heç bir şübhə yoxdur. İndi olmasa da, şübhəsiz, davam edəcək — üç, dörd, beş il ərzində".


Qeyd edək ki, Portuqaliya – İspaniya matçı sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO