“Sumqayıt”ın futbolçusu Sərtan Taşkın karyerasını ölkə xaricində davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, sağ cinah müdafiəçisinə Özbəkistan klubundan maraq var.
O, sözügedən ölkənin “Andijan” komandasının diqqətindədir. Artıq tərəflər arasında ilkin danışıqlar baş tutub. Özbəkistan əsas liqasının təmsilçisi millimizin sabiq üzvünü heyətinə qatmaq istəyir.
Taşkın isə hələlik qərar verməkdə tələsmir. Onunla Azərbaycan klubları da maraqlanırlar.
“Andijan” hazırda Özbəkistan çempionatında 11 oyundan sonra 16 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, 28 yaşlı futbolçu mövsümün əvvəlində “Sumqayıt”la 1+1 illik müqavilə bağlayıb. O, ötən mövsüm “kimyaçılar”ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
12:38 / 07.06.2025
“Sumqayıt”ın futbolçusu Özbəkistan klubuna KEÇƏ BİLƏR
Hazırda oxunan: “Sumqayıt”ın futbolçusu Özbəkistan klubuna KEÇƏ BİLƏR
Hazırda oxunan: “Sumqayıt”ın futbolçusu Özbəkistan klubuna KEÇƏ BİLƏR
253498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.