Milli komandamız İsveçə uduzdu

Milli komandamız İsveçə uduzdu

Hazırda oxunan: Milli komandamız İsveçə uduzdu

253461

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında ilk matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma I tura ev sahibliyi edən İsveçlə qarşılaşıb.

Qarşılaşmada rəqib aşkar favorit hesab olunurdu. Bu oyunda da öz əksini tapıb.

Voleybolçularımız isveçlilərə yalnız ikinci setdə müqavimət göstərə biliblər. Digər iki setdə isə İsveç komandası müvafiq olaraq, 12 və 11 xallıq fərqlə üstün olub.

Gümüş Avropa Liqas

I tur

19:00. Azərbaycan – İsveç - 0:3 (13:25, 20:25, 14:25)

Hakimlər: Ellen Mari Burhem (Norveç), Morten Kleyn (Danimarka)

Umeo, “Energi Arena Vatten”

Qeyd edək ki, günün digər görüşündə İslandiya Lüksemburqu sınağa çəkəcək. Yığmamız isə ikinci oyununu sabah Gürcüstana qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO