"İnter"in kapitanı azarkeşlərdən ÜZR İSTƏDİ

"İnter"in kapitanı azarkeşlərdən ÜZR İSTƏDİ

Hazırda oxunan: "İnter"in kapitanı azarkeşlərdən ÜZR İSTƏDİ

253295

"İnter"in kapitanı və hücumçusu Lautaro Martinez azarkeşlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, o, sosial şəbəkə hesablarındakı paylaşımında komandanın azarkeşlərindən Çempionlar Liqasının finalında PSJ-yə məğlub (0:5) olduqlarına görə üzr istəyib:

“Salam, əziz “İnter” azarkeşləri! Bu mesajı bir neçə gündən sonra sizə yazıram. Çünki kədər və məyusluğu həzm etmək çətin idi. Arzularınızı həyata keçirə bilmədiyinizə görə hamınızdan üzr istəyirəm. Münhenə gələn bütün azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Siz həmişə heyrətamizsiniz.

Futbolda kuboklar vacibdir, mütləqdir! Amma mən də hesab edirəm ki, komandamızı son üç ildə 2 dəfə bu qədər itki ilə Çempionlar Liqasının finalına çıxarmağımız çox şeydir. Həmin emosiyaları yenidən yaşatmaq, titul qazanmaq və unudulmaz axşam keçirmək üçün mübarizə apardıq.
İlk gündən mən və bütün komanda yoldaşlarım çalışdıq ki, “İnter” tarixdəki yerini qaytarsın, layiq olduğu yerə qayıtsın.

Sizinlə fəxr edirəm!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO