FİFA endirim etdi – 20 mindən çox bilet SATILDI

FİFA endirim etdi – 20 mindən çox bilet SATILDI

Hazırda oxunan: FİFA endirim etdi – 20 mindən çox bilet SATILDI

253220

Klublarası dünya çempionatının açılış matçına 20 mindən çox bilet satılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
 

Mənbənin sözlərinə görə, FİFA biletlərin əl çatan olması üçün qiymətlərdə endirim də edib. İlkin olaraq 349 dollara nəzərdə tutulansbiletlər indi 55 dollara satılır.


Ali futbol qurumu dünya çempionatının oyunlarına 130-dan çox ölkədən azarkeşlərin gələcəyini proqnozlaşdırır.

Qeyd edək ki, turnirin ilk görüşündə Misir təmsilçisi "Əl-Əhli" "İnter Mayami" ilə qarşılaşacaq. Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Qrup mərhələsi iyunun 14-də başlayacaq və iyunun 26-da başa çatacaq. Pley-off isə iyunun 28-dən iyulun 9-dək davam edəcək. Final iyulun 13-ə planlaşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO