Ronaldo Portuqaliya millisini finala çıxardı – VİDEO

Ronaldo Portuqaliya millisini finala çıxardı – VİDEO

Hazırda oxunan: Ronaldo Portuqaliya millisini finala çıxardı – VİDEO

253132

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, Almaniya millisi Münxendə Portuqaliya ilə qarşılaşıb.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Görüşdə hesab 48-ci dəqiqədə açılıb. Florian Virts almanları önə keçirib. Lakin məğlubiyyətlə barışmayan qonaqlar 2 qol vuraraq, hesabı öz xeyirlərinə dəyişiblər. 

63-cü dəqiqədə Fransişku Konseysau, bundan 5 dəqiqə sonra isə Kriştiano Ronaldo rəqib qapısına yol tapıblar. Əzmkar qələbə qazanan Portuqaliya millisi finala yüksəlib.

Qeyd edək ki, digər finalçı bu gün keçiriləcək İspaniya - Fransa matçından sonra bəlli olacaq.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO