Messi dogma klubuna qayıdır?

Messi dogma klubuna qayıdır?

Hazırda oxunan: Messi dogma klubuna qayıdır?

253126

"Qızıl top"un 8 qat qalibi Lionel Messi ilin sonunda "İnter Mayami"ni tərk edəcək.

Bizim.Media xəbər verir ki, o, başa çatacaq müqaviləni artırmaq niyyətində deyil.

“Barselona”nın keçmiş forvardı doğma “Nyuells Old Boyz”a dönmək arzusundadır.

O, bir neçə dəfə karyerasını futbola başladığı komandada başa vurmaq istədiyini açıqlayıb.

Argentinalı ulduzun Səudiyyə Ərəbistanına yollanmaq ehtimalı da var. Onun "Əl-Hilal"a keçməsi mümkündür.

Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır. Bu mövsüm o, MLS-də 13 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO