21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxıb. Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda səfərdə Belarusun U-21 yığması ilə qarşılaşıb.
Oyuna yaxşı başlayan millimiz hesabı açıb. Amma meydan sahibləri birinci hissənin sonuna kimi müdafiəçilər və qapıçımızın səhvlərindən istifadə edərək, önə keçiblər. Fasilədən sonra daha bir qol vuran rəqib komanda 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan yığması yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə ilk məğlubiyyətini alıb. Millimizin təcrübəli mütəxəssisin rəhbərliyi ilə Moldovanı məğlub edib (2:0), Şimali Makdeoniya ilə heç-heçə oynamışdı (0:0).
Yoxlama oyunu
4 iyun
20:00. Azərbaycan (U-21) – Belarus (U-21) - 1:3
Qollar: Raul Məmmədov, 22 - Myalkovskiy, 38. Tsepenkov, 41. Denisyuk, 50
Baranoviçi şəhər stadionu
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:38 / 05.06.2025
Millimiz Belarusa uduzdu - VİDEO
Hazırda oxunan: Millimiz Belarusa uduzdu - VİDEO
Hazırda oxunan: Millimiz Belarusa uduzdu - VİDEO
253124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.