UFC-nin məşhur döyüşçüləri Bakıya GƏLƏCƏK

UFC-nin məşhur döyüşçüləri Bakıya GƏLƏCƏK

Hazırda oxunan: UFC-nin məşhur döyüşçüləri Bakıya GƏLƏCƏK

253115

Mütləq Döyüş Çempionatının (UFC) super yüngül çəki dərəcəsində çempionu, gürcü idmançı Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı Belal Muhammad UFC-nin Bakı turnirinin ulduz qonaqları olacaqlar.

Bizim.Media xəbər verir ki, gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.

Həmin gecənin ikinci ən vacib döyüşü isə azərbaycanlı Rafael Fiziev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək. Turnirdə Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar.

Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Qeyd edək ki, turnir iyunun 21-də Baku Crystal Hall-da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO