PSJ futbolçusu Marko Asensionu satmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Baş məşqçi Luis Enrike mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirən Asensionu növbəti mövsüm üçün planlarına daxil etməyib.
PSJ onu transfer siyahısına daxil edib. Futbolçu üçün qiyməti 20 milyon avro müəyyənləşdirilib.
İngiltərə klubunun heyətində Asensio bütün turnirlərdə 21 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib. 2024/25 mövsümündə PSJ-də yarımmüdafiəçi 16 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:26 / 04.06.2025
PSJ Asensioya qiymət qoydu
Hazırda oxunan: PSJ Asensioya qiymət qoydu
Hazırda oxunan: PSJ Asensioya qiymət qoydu
253082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.