Benzia “Qarabağ”la anlaşa BİLMƏDİ

Benzia “Qarabağ”la anlaşa BİLMƏDİ

Hazırda oxunan: Benzia “Qarabağ”la anlaşa BİLMƏDİ

253002

“Qarabağ”ın anlaşa bilmədiyi Yasin Benzia ilə yollar ayrılacaq.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi əlcəzairli yarımmüdafiəçi ilə razılığa gələ bilməyib.

Benzia ötən gün instaqram hesabında vidaya bənzər paylaşım edib. Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda “hər şey üçün təşəkkürlər” sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürlərini bildirib.
 

Əlcəzair millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə “Qarabağ”dan ayrılıb. Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar.


Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdiricəyi gözlənilir.

Benzia son ilyarımda “Qarabağ”da oynayıb, 104 oyun keçirib, 28 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO