"Liverpul"un qapıçısı Kuivin Kelleher Premyer Liqada klubunu dəyişib.
Bizim.Media xəbər verir ki, "Brentford" irlandiyalı qolkiperi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Arılar" Kelleher üçün onun klubuna 21 milyon avro təzminat ödəyib. 26 yaşlı "əlcək sahibi" "Brentford"la 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, İrlandiya millisinin üzvü olan Kuivin Kelleher başa çatan mövsümdə "Liverpul"un heyətində 20 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:34 / 03.06.2025
“Liverpul” qapıçısını SATDI
Hazırda oxunan: “Liverpul” qapıçısını SATDI
Hazırda oxunan: “Liverpul” qapıçısını SATDI
252905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.