Çempionlar Liqasının qalibinin evinə oğrular girdi

Çempionlar Liqasının qalibinin evinə oğrular girdi

Hazırda oxunan: Çempionlar Liqasının qalibinin evinə oğrular girdi

252773

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Fabian Ruisin evinə basqın edilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisə Paris təmsilçisi UEFA Çempionlar Liqasının qalibi olduqdan bir gün sonra baş verib.

İspaniyalı futbolçunun evini qarət etməyə cəhd göstərən şəxslərin iki azyaşlı olduğu aşkarlanıb. Onlar hadisə yerində yaxalanıblar.

Qeyd edək ki, PSJ finalda İtaliyanın “İnter” komandasını 5:0 hesabı ilə üstələyərək tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO