Bakıda minifutbol üzrə dünya çempionatının finalında Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Nəticədə millimiz rəqibi üzərində 4-2 hesabı ilə qələbə qazanaraq dünya çempionu olub.
Bizim.Media xəbər verir ki, millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.
Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.
Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.
Xatırladaq ki, yarışdan öncə dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.
Milli Gimnastika Arenasında baş tutan tədbirdə milli vətənpərvərlik ruhlu kompozisiyalar nümayiş etdirilib.
Təqdim olunan maraqlı şoular arenaya toplaşan tamaşaçıların zövqünü oxşayıb.
Daha sonra Xalq artisti Faiq Ağayev və gənc müğənni Mərdan Kazımov öz nəğmələri ilə çıxış ediblər.
Bizim.Media