Millimiz bu gün finalda Macarıstan seçməsi ilə üz-üzə gələcək

Millimiz bu gün finalda Macarıstan seçməsi ilə üz-üzə gələcək

Hazırda oxunan: Millimiz bu gün finalda Macarıstan seçməsi ilə üz-üzə gələcək

252397

Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq.

Bizim.Media  xəbər verir ki, günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək.

Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq. Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb.

 

1 iyun

Minifutbol üzrə dünya çempionatı

Üçüncü yer uğrunda mübarizə

 

Saat 18:00, Monteneqro - Serbiya.

Final

Saat 20:00, Azərbaycan - Macarıstan.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO