MLS-də (ABŞ) növbəti oyunlar keçirilib.
Bizim.Media xəbər verir ki, bazar gününə keçən gecə “İnter Mayami” “Kolumbus Krew” komandasını darmadağın edib – 5:1.
Lionel Messi bu görüşdə dubl edib və 2 məhsuldar ötürmə verib.
“İnter Mayami”nin hücumçusu Messinin bu mövsüm 20 oyunda 15 qol və 6 asisti var. Son üç oyunda 37 yaşlı argentinalı 5 qol vurub, 3 assist edib.
Ümumilikdə, bu mövsüm “İnter Mayami”nin heyətində bütün turnirlər üzrə 20 oyuna çıxan Messi 15 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizim.Media