"Təklifimizi etmişik, cavab gözləyirik" - Qurban Qurbanov

"Təklifimizi etmişik, cavab gözləyirik" - Qurban Qurbanov

Hazırda oxunan: "Təklifimizi etmişik, cavab gözləyirik" - Qurban Qurbanov

252377

"Sabah"ı təbrik edirəm. Qarşıdakı avrkuboklarda uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mövsüm keçirdilər. Oyunçular çox ağır mövsüm keçirdilər. Hər bir futbolçudan razı qaldım. Stadionda möhtəşəm atmosfer var idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalının əlavə vaxtında "Sabah"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib:

O, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, futbolçusu Yassin Benzianın bu görüşdə aqressiv olması onun gedişinin göstəricisi deyil: "Belə oynlarda aqressivlik olur.

Etməsə, daha yaxşı olardı. Sadəcə mövsüm bizim üçün gərgin keçdi. Futbolçuları meydanda və meydandan kənarda özlərini idarə etməsi barədə çox danışıqlar oldu. Bəzən futbolda belə hallar olur. Oyunun gedişatında futbolçular əsəbiləşir. Ciddi bir şey görmədim. Normaldır".
 

Mütəxəssis hakimliklə bağlı belə deyib: "Bu cür oyunlar hakimlər üçün də asan deyil. İnqilab Məmmədov illərin təcrübəsini göstərdi".

Q.Qurbanov Benzia ilə hələ razılıq əldə etmədiklərini qeyd edib: "Konkret bir şey yoxdur.

Təklifimizi etmişik, cavab gözləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO