"Sabah" TARİXİNDƏ İLK: Azərbaycan kubokunun qalibi oldu - VİDEO

"Sabah" TARİXİNDƏ İLK: Azərbaycan kubokunun qalibi oldu - VİDEO

Hazırda oxunan: "Sabah" TARİXİNDƏ İLK: Azərbaycan kubokunun qalibi oldu - VİDEO

252373

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, həlledici matçda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edib. Qarşılaşma Masazır təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Sabah" klub tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub.

Qeyd edək ki, "Qarabağ" tarixində 8 dəfə Azərbaycan kubokunu qazanıb.

Azərbaycan kuboku

FİNAL

19:00. "Qarabağ" - "Sabah" - 2:3

Qol: Pavol Şafranko, 36 - pen (0:1); Kadi Borqes, 45+1 (1:1), Con İrasabal, 67 - avotoqol (2:1), Kahim Parris, 90+7 (2:2), Tellur Mütəllimov, 120 (2:3)

Reallaşdırılmayan penalti: Toral Bayramov (“Qarabağ”), 42 - qapıçı, Pavol Şafranko ("Sabah"), 57 - qapıçı

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO