“Beşiktaş”ın legionerinə Braziliyadan TƏKLİF GƏLDİ

“Beşiktaş”ın legionerinə Braziliyadan TƏKLİF GƏLDİ

Hazırda oxunan: “Beşiktaş”ın legionerinə Braziliyadan TƏKLİF GƏLDİ

252351

"Beşiktaş"ın futbolçusu Keni Arroyo karyerasını Braziliyada davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Santos"ekvadorlu vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Braziliya klubu Arroyo üçün "Beşiktaş"la danışıqlara başlayıb. "Santos" 19 yaşlı ön xətt oyunçusu üçün 5 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərib.

Qeyd edək ki, "Beşiktaş" Keni Arroyonu bu ilin fevral ayında ölkəsinin "İndependyente" klubundan transfer edib. Ekvador U-20 millisinin üzvü olan gənc futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO