"Beşiktaş" yarımmüdafiə xəttini dünya səviyyəli oyunçu ilə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"də çıxış edən Kazemironu transfer etmək istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. "Beşiktaş" İngiltərə klubu ilə 1 illik müqaviləsi qalan 33 yaşlı futbolçu ilə danışıqlara başlamağa hazırlaşır. "Fənərbaxça" və "Roma" da təcrübəli yarımmüdafiəçi ilə maraqlanır.
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci ilin yayında "Real"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:20 / 31.05.2025
“Beşiktaş” məşhur braziliyalını transfer etmək istəyir
Hazırda oxunan: “Beşiktaş” məşhur braziliyalını transfer etmək istəyir
Hazırda oxunan: “Beşiktaş” məşhur braziliyalını transfer etmək istəyir
252313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.