Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, bu gün yarımfinal mərhələsinin oyunları baş tutub.
Milli Gimnastika Arenasında ilk finalçı Azərbaycan – Monteneqro qarşılaşmasında müəyyənləşib. Futbolçularımız 2:1 hesabı ilə qalib gəliblər. Ardınca meydana Macarıstan və Serbiya çıxıb.
Oyunun əsas vaxtında hesab açılmayıb və qalib penalti seriyasında bəlli olub. Daha dəqiq zərəblər vuran Macarıstan 3:1 hesabı ilə üstün olaraq, finala yüksəlib.
Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
21:30. Macarıstan - Serbiya - 0:0, p. 3:1
Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun iyunun 1-də keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:32 / 31.05.2025
Millimizin finaldakı rəqibi BƏLLİ OLDU
Hazırda oxunan: Millimizin finaldakı rəqibi BƏLLİ OLDU
Hazırda oxunan: Millimizin finaldakı rəqibi BƏLLİ OLDU
252267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.