Millimiz dünya çempionatının FİNALINDA - VİDEO

Millimiz dünya çempionatının FİNALINDA - VİDEO

Hazırda oxunan: Millimiz dünya çempionatının FİNALINDA - VİDEO

252240

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.

Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.

Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub. Millimizin rəqibi Macarıstan - Çexiya matçında müəyyənləşəcək.

Dünya çempionatı

Yarımfinal

30 may

20:00. Azərbaycan - Monteneqro - 2:1

Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO