Latviya yığması Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Latviya yığması Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Hazırda oxunan: Latviya yığması Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

252065

Latviya yığmasının yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Azərbaycan millisinə və DÇ-2026-nın seçmə mərhələsində iyunun 10-da Albaniya seçməsinə qarşı keçirəcəyi ev oyunları üçün heyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, baş məşqçi Paolo Nikolati heyətə 25 futbolçu cəlb edib.

Qapıçılar: Rixard Matreviç, Krişyanis Zviedris, Frenk David Orols;

Müdafiəçilər: Antoni Çernomordi, Krister Tober, Vitali Yaqodinski, Robert Savalniek, Andrey Ciqanik, Raivi Andris Yurkovski, Daniel Balodis, Denis Melnik, Maksim Tonişev;

Yarımmüdafiəçilər: Alvis Yaunzem, Aleksey Savelyev, Eduard Daşkeviç, Qleb Zaleyko, Kristap Qrabovski, Krister Penkeviç, Renar Varslavan, Dmitri Zelenkov, Lukas Vapne;

Hücumçular: Yanis Ukauniek, Vladislav Qutkovski, Marko Reqza, Bruno Melnis.

Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 7-də, Bakı vaxtı ilə saat 17:00-da Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO