Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/4 final matçına çıxıb.
Elşad Quliyevin yetirmələri İngiltərə ilə görüşüb. Komandamız çətin qələbə qazanıb. Millimiz hesabı açsa da, fasilədən sonra ingilislər bərabərlik qolunu vurublar. Amma sona yaxın rəqibin müdafiədə anlaşılmazlığı yığmamıza 2:1 qələbə qazandırıb.
Qeyd edək ki, millimiz yarımfinalda Macarıstanla qarşılaşacaq. Görüş sabah baş tutacaq.
Minifutbol üzrə dünya çempionatı
1/4 final
29 may
20:30. İngiltərə - Azərbaycan - 1:2
Qollar: Bham Mussa, 35 - Təmkin Xəlilzadə, 14. Fitsgerald Sem, 48 (öz qapısına)
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:07 / 29.05.2025
Milli komandamız yarımfinalda - VİDEO
Hazırda oxunan: Milli komandamız yarımfinalda - VİDEO
Hazırda oxunan: Milli komandamız yarımfinalda - VİDEO
252054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.