“Qarabağ”ın legioneri bu klubla ANLAŞDI

“Qarabağ”ın legioneri bu klubla ANLAŞDI

Hazırda oxunan: “Qarabağ”ın legioneri bu klubla ANLAŞDI

251993

"Qarabağ"ın futbolçusu Yassin Benzianın karyerasını hansı klubda davam etdirəcəyi dəqiqləşib.

Bizim.Media xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Tunis təmsilçisi "Esperance" ilə anlaşıb.

Tərəflər artıq müqavilə bağlamaq ərəfəsindədirlər.

Əlcəzairli oyunçu baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçında sonuncu dəfə Ağdam təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Benzia 2023-cü ildən "Qarabağ"da çıxış edir. Onun Azərbaycan çempionu ilə müqaviləsi yayda başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO