"Sabah" beşinci yeri tutmağa layiq deyildi” - Qurban Qurbanov

"Sabah" beşinci yeri tutmağa layiq deyildi” - Qurban Qurbanov

Hazırda oxunan: "Sabah" beşinci yeri tutmağa layiq deyildi” - Qurban Qurbanov

251964

“Çox vacib oyundur. Bu matç bütün azarkeşləri bir araya toplayacaq. Biz də öz növbəmizdə yaxşı oyun nümayiş etdirməliyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda "Sabah"la keçirəcəkləri final matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis rəqibin çox iddialı komanda olduğunu bildirib:

"Bilirik ki, qarşımızda çox güclü kollektiv olacaq. Vasili Berezutskinin gəlişindən sonra komandada yaxşı mənada dəyişikliklər hiss olunur. Bizə qarşı müdafiədə çox diqqətli oynayıblar. Görüşlərdə həvəsli və istəkli olduqları aydın görünür. Düşünürəm ki, "Sabah" Misli Premyer Liqasında beşinci yeri tutmağa layiq deyildi. Onlar bu mövsüm özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar".

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final oyunu saat 19:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO