Avropanın ən pis transferləri açıqlandı – SİYAHI

Avropanın ən pis transferləri açıqlandı – SİYAHI

Hazırda oxunan: Avropanın ən pis transferləri açıqlandı – SİYAHI

251914

"Goal" idman portalı Avropada 2024/25 mövsümünün ən böyük məyusluq doğuran transferlərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıda gözləntiləri doğrultmayan 20 transfer yer alıb.

Birinci yeri Joao Feliksin “Atletiko”dan “Çelsi”yə 46 milyon funt-sterlinqə keçidi tutub.

TOP-10 belədir:

1. Joao Feliks – “Atletiko”dan “Çelsi”yə, 46 milyon funt

2. Rahim Sterlinq – “Çelsi”dən “Arsenal”a, icarə

3. Joao Palinya – “Fulhem”dən “Bavariya”ya, 47 milyon funt

4. Yussufa Moukoko – “Borussiya Dortmund”dan “Nitsa”ya, icarə

5. Joao Feliks – “Çelsi”dən “Milan”a, icarə

6. Federiko Kyeza – “Yuventus”dan “Liverpul”a, 12,5 milyon funt

7. Endrik – “Palmeyras”dan “Real Madrid”ə, 50 milyon funt

8. Eliee Vai – “Marsel”dən “Ayntraxt”a, 24 milyon funt

9. Eliee Vai – “Lans”dan “Marsel”ə, 25 milyon funt

10. Coşua Zirkze – “Bolonya”dan “Mançester Yunayted”ə, 36,5 milyon funt

Bu transferlər ya yüksək məbləğə başa gəlib, ya da futbolçuların performansı klubların və azarkeşlərin gözləntilərini qarşılamayıb. Joao Feliksin iki fərqli klubla siyahının həm 1-ci, həm də 5-ci pilləsində yer alması xüsusilə diqqət çəkir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO