“Zirə” mövsümü qələbə ilə başa vurdu - VİDEO

“Zirə” mövsümü qələbə ilə başa vurdu - VİDEO

Hazırda oxunan: “Zirə” mövsümü qələbə ilə başa vurdu - VİDEO

251270

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, 36-cı turun və mövsümün sonuncu oyununda “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəliblər.

“Zirə” bu oyundan minimal hesabla qalib ayrılıb.

"Turan Tovuz" isə evdə "Kəpəz"lə üz-üzə gəlib. Tovuz təmsilçisi bu oyunda 4 cavabsız qolla qalib gəlib.

Daha öncə “Səbail” evdə “Sumqayıt”a (1:4), “Şamaxı” isə “Qarabağ”a (0:1) uduzub, “Sabah” “Neftçi”ni 1:0 hesabıyla məğlub edib.

Misli Premyer Liqası

36-cı tur

25 may

“Araz-Naxçıvan” – “Zirə” 0:1

Qol: Junior Martins, 58.

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.

“Liv Bona Dea Arena”, 19:30


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO